Fəzail Ağamalı Qarabağlıda görüş keçirdi - FOTOLAR
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı Qarabağlıda görüş keçirdi - FOTOLAR

Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Qarabağlı inzibati ərazisində seçicilərlə görüşüb.

Publika.az-ın məlumatına görə, Fəzail Ağamalının təklifi ilə iki gün öncə Ankara şəhərində baş vermiş terror aktında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi öncə sözü seçicilərə verib. Kənd ağsaqqallarından Cəlil Məmmədov, Yavər Orucov, Qarabağlı kənd Ağsaqqallar Şurasının sədri Hacı Musa Kazımov, müəllimə Maral Orucova, kənd ziyalısı Ramil Zeynalov ötən 5 ildə Qarabağlı və Kərimbəyli inzibati ərazilərində həyata keçirilən mühüm tədbirlərin üzərində dayandılar, kəndlərin tam qazlaşmasını, ən müasir məktəblərin istifadəyə verilməsini, çəkilməkdə olan Şirvan-Salyan magistral yolunun əhəmiyyətini önə çəkdilər və bütün bunlara görə ölkə prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, seçiciləri qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verməyə dəvət etdilər.

Görüşdə çıxış edən şəhid anası Rahilə Şahbazova qarşılaşdığı problemləri F.Ağamalının diqqətinə çatdırdı və ondan dəstək istədi.

Görüşün sonunda F.Ağamalı şəhid anası R.Şahbazovun yaşadığı evə gedərək, onun vəziyyətilə yerində tanış oldu. F.Ağamalı əgər seçilərsə, həmin problemlərin aradan qaldırılmasına kömək edəcəyinə söz verdi.

Növbəti görüş oktyabrın 16-da Çuxanlı kəndində keçiriləcək.

Vasif Həsənli – Salyan

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm