• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İlham Əliyev Lukaşenkonu təbrik edib

  • Nida.az
  • 12 Oktyabr 2015 17:57
  • 283 Baxış
İlham Əliyev Lukaşenkonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Aleksandr Qriqoryeviç,

Yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa və əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.

Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ənənəvi dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın və çoxplanlı qarşılıqlı əlaqələrin inkişafına və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR