• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident: “Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır”

  • Nida.az
  • 12 Oktyabr 2015 22:27
  • 231 Baxış
Prezident: “Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır”

Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

“Hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik, -deyən dövlətimizin başçısı ölkə iqtisadiyyatının artıq çoxşaxəli iqtisadiyyat olduğunu vurğulayıb.

Qeyri-neft sektorunun ümumi daxili məhsulun təxminən 70 faizini təşkil etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR