• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Baş nazir Milli Məclisdə

  • Nida.az
  • 13 Oktyabr 2015 12:34
  • 227 Baxış
Baş nazir Milli Məclisdə

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Publika.az-ın məlumatına görə, iclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunur.

İclasda Azərbaycanın baş naziri Artur Rasizadə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov, maliyyə naziri Samir Şərifov, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər hökumət üzvləri iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası və Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında məsələlər daxil edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR