SOCAR kilsələrə qaz verəcək
Bizi izləyin

Nida.az

SOCAR kilsələrə qaz verəcək

Gürcüstanın qaz təminatını həyata keçirən SOCAR-ın bu ölkədəki bütün kilsə və monastırları pulsuz yanacaqla təmin etmək üçün bağladığı müqavilə bu ilin 1 noyabr tarixində başa çatır. Lakin Azərbaycan şirkəti bu müddəti ilin sonuna qədər uzadıb.


Publika.az xəbər verir ki, Gürcüstan patriarxlığı bununla bağlı SOCAR-a təşəkkür məktubu ünvanlayıb.


Gürcü jurnalist Georqi Kalatozişvili isə rəsmi Tiflisin Rusiya və İran qazını ölkəyə gətirmək üçün apardığı danışıqlar fonunda bu faktoru önə çəkən məqalə yazıb.


Jurnalist qeyd edir ki, SOCAR-ın bir neçə ildir üzərinə götürdüyü kilsə və monastırların pulsuz isidilməsi işini Gürcüstan ictimaiyyəti unuda bilməz: “Xüsusilə nəzərə almalıyıq ki, kilsə və monastırlar keçilməz dağlarda, çətin coğrafi relyefi olan bölgələrdə yerləşir və buralara qədər qazın çatdırılması olduqca çətindir. Dağlarda yerləşən kilsə və monastırlar yay aylarında belə soyuq olur. Rahib və müqəddəs ataların həyatı bir qədər də çətinləşir. Lakin SOCAR bu işin öhdəsindən gəldi və qazı çatdırmağı bacardı”.


Jurnalist qeyd edir ki, Azərbaycan şirkəti təkcə gürcü kilsələrini deyil, bütün dini icmaların ibadət etdiyi yerləri, hətta erməni kilsələrini belə pulsuz qazla təmin edir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm