Tomas de Vall: “Qarabağda ciddi toqquşmalar riski yüksəlir”
Bizi izləyin

Nida.az

Tomas de Vall: “Qarabağda ciddi toqquşmalar riski yüksəlir”

“Keçmiş Sovet İttifaqının ən qədim və təhlükəli Dağlıq Qarabağ münaqişəsi yenidən qızışmağa başlayır. Ermənistan və Azərbaycan 1994-cü ildə atəşkəs elan etsə də, ciddi gərginlik səngiməyib. Əvvəllər yalnız snayperlərdən atəş açılırdırsa, hazırda ağır artilleriya atəşləri də təmas xəttindəki sakitliyi pozur. Raketlər yağış kimi yağmaqdadır”.


Publika.az xəbər verir ki, bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall “Politico.eu” nəşri üçün qələmə aldığı məqaləsində yazır.


Onun sözlərinə görə, hələlik 90-cı illərin əvvəlindəki şiddətli müharibənin qayıtmasından danışmaq tezdir: “Lakin Bakıda və İrəvanda liderlər müharibə hazırlıqlarını axsatmırlar. Bu münaqişədə “Rusiyanın əli”nin olduğu deyilir. Lakin Suriyada, Ukraynada olduğu kimi, Rusiya burada da tamamilə məsul deyil”.


“Qarabağ münaqişəsi 1994-cü ildən bu yana heç vaxt dondurulmuş olmayıb”


T. Vall qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1994-cü ildən bu yana heç vaxt dondurulmuş olmayıb: “Vaxtilə Rusiya regionda birbaşa idarəçi idi. SSRİ dağılan kimi iki xalq müharibəyə girdi. 1994-cü ildə 20 mindən artıq adam həyatını itirdi, bir milyondan çox insan qaçqına çevrildi. O vaxtdan bu münaqişə Azərbaycan və Ermənistanın inkişafını ləngidir. Ermənistan hökuməti bu münaqişədən siyasi varlığının uzatmaq üçün istifadə edir. Bu ilin 26 sentyabr tarixində prezident Serj Sarkisyan Dağlıq Qarabağı Ermənistanın ayrılmaq hissəsi elan etməklə öz siyasi ritorikasını daha da kəskinləşdirdi”.


“Moskva sülh yaradan qismində regionda öz təsir imkanlarını saxlayır”


Ekspert yazır ki, Rusiya təhlükəli vəziyyətə nəzarət etməyə cəhd edir, lakin ipləri tamamilə dartmır. Onun sözlərinə görə, Moskva xüsusilə sülh yaradan qismində regionda öz təsir imkanlarını saxlayır: “Sonuncu dəfə Rusiyanın nəzərəçarpacaq təşəbbüsü 2011-ci ildə Dmitri Medvedyev tərəfindən edildi. Lakin o, Ermənistan və Azərbaycan üzərində taktiki üstünlüyü saxlamaq və Cənubi Qafqazda dayaq nöqtəsini qorumaq üçün münaqişədən periodik olaraq istifadə etdi. Daha sonra Rusiya Ermənistanla ittifaqını uzun müddətli olaraq möhkəmləndirdi. Gümrü hərbi bazasının ruslar tərəfindən istifadəsi 2044-cü ilə qədər uzadıldı, İrəvan Avrasiya İttifaqına dəvət olundu. Eyni zamanda, Azərbaycana ağır silahlar satdı”.


Ekspert ATƏT-in Minsk qrupunda Rusiya ilə yanaşı Fransa və Amerika Birləşmiş Ştatlarının da olduğuna diqqət çəkir: “Ukrayna üzərində Qərb-Rusiya qarşıdurması Dağlıq Qarabağ münaqişəsində sülh danışıqlarını zəiflədib”.


“Qarabağda ciddi toqquşmalar riski yüksəlir”


T. Vall vurğulayır ki, Azərbaycan heç vaxt tamamilə Rusiyanın müttəfiqi olmayacaq: “Ermənistan isə Belarus və Qazaxıstan kimi Rusiyanın formal müttəfiqi olaraq qalır. Necə ki, Gürcüstan NATO və Avropa Birliyinə doğru olaraq addımlayır, yaxşı münasibətlər qurmaq üçün hər imkanı dəyərləndirir, Ermənistan da Rusiyaya doğru elə gedir. Burada vacib nöqtə Moskvanın heç bir ölkədə qərar verə bilmir, xüsusilə Qarabağ kimi problemlə bağlı. Sadəcə olaraq, hər iki ölkəyə müxtəlif formada dəstək göstərir. Rusiya 1994-cü ildən bu yana sülh vasitəçiliyi etməklə sabitliyi pozur”.


Ekspert Qarabağda müharibə ehtimallarının mövcudluğunu istisna etmir. Qeyd edir ki, ciddi toqquşmalar riski yüksəlir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm