"Erməni lobbisi beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la məşğul olur"
Bizi izləyin

Nida.az

"Erməni lobbisi beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la məşğul olur"

"Erməni lobbisi beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la məşğul olur"

Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə çevrildi. Azərbaycanın 23 illik müstəqillik, inkişaf yolu var. Bu inkişafı hər kəs çox yaxşı bilir. Lakin həm daxildə, həm də xaricdə bəzi qüvvələr bu nailiyyətləri görmək istəmir, bəzi insanlar şişirdərək qarışqadan fil düzəltməyə çalışırlar. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib.

PA rəsmisi bildirib ki, dünyada Azərbaycana qarşı erməni lobbisi fəaliyyət göstərir: "Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar Azərbaycana qarşı kampaniyalar aparırlar. Azərbaycanla bağlı uydurmalar, düzgün olmayan məlumatlar yayırlar, yalanlar, böhtanlar yazırlar. Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la məşğul olurlar. Azərbaycanın haqlı mübarizəsində bir övlad kimi sizin üzərinizə mühüm vəzifə düşür".

N.Məmmədovun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı günü-gündən artır: "Hazırda bu say 100-ə yaxındır. Həmvətənlərimiz keyfiyyət baxımından da güclənirlər. Təşkilatlar daxilində daha yüksək vəzifələrə irəli çəkilirlər. Bu gün beynəlxalq təşkilatlarda çalışanların ilk toplantısı keçirilir. Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda çalışanların toplantısı ənənəvi hal alsın. Həm bir-birinizlə, həm də Azərbaycandakı təsisat və qurumlarla əlaqələr, əməkdaşlıq daha da genişlənsin. Bunun üçün hər hansı bir forma yaradıla bilər. Hər biriniz olduğunuz ölkədə, işlədiyiniz təşkilatda Azərbaycan xalqının bir nümayəndəsi, səfirisiniz. Bu nöqteyi-nəzərdən bir azərbaycanlı kimi sizin də üzərinizə məsuliyyətli iş düşür".

PA rəsmisi deyib ki, bu gün Azərbaycanın 57 ölkədə səfirliyi, 10 ölkədə baş konsulluğu fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 50-dən çox dövlətin səfirliyi, 3 ölkənin baş konsulluğu var. Dünyada 20-dən çox Azərbaycan təşkilatı, eyni zamanda, Azərbaycanda 20-dən çox təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm