Suriyada iki azərbaycanlı ailə məhv edildi
Bizi izləyin

Nida.az

Suriyada iki azərbaycanlı ailə məhv edildi

Suriyanın Deyr-Əz-Zor vilayətinin Mayadin qəsəbəsində hava hücumları nəticəsində iki azərbaycanlı ailə öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının (Syrian Observatory for Human Rights) saytında yerləşdirdiyi məlumatda bildirilir. Hadisə İŞİD-in nəzarət etdiyi ərazidə baş verib.

Məlumata görə, hava zərbələri nəticəsində iki qadın 6 uşaqla birlikdə öldürülüb. Aviazərbələr endirən təyyarələrin kimə məxsus olduğu barədə məlumat verilmir. Hərbi təyyarələrin beynəlxalq koalisiyaya, ya da Rusiyaya məxsus olduğu təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm