Milli Şura ilə Müsavat bir-birinə girdi: “Siyasi cüzam xəstəliyi”
Bizi izləyin

Nida.az

Milli Şura ilə Müsavat bir-birinə girdi: “Siyasi cüzam xəstəliyi”

Milli Şura üzvləri ilə Müsavat Partiyası funksionerləri arasında qarşıdurma qızışıb.


Publika.az xəbər verir ki, buna səbəb Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Məclis sədri, Milli Şuranın üzvü Rafiq Manaflının sosial şəbəkədə Müsavat başqanının sədrinin müavinləri Səxavət Soltanlı, Elman Fəttah və partiya üzvü Valeh Hümmətoğlunu tənqid etməsi olub.


R. Manaflı Publika.az-a açıqlamasında deyib ki, o, sosial şəbəkədə Müsavat Partiyasını deyil, konkret şəxsləri tənqid edib: “Mən parlament seçkilərində iştirakın əleyhinəyəm və seçkidə iştirak edən partiyaları ümumi olaraq tənqid edirəm. Hər kəs bir kənarda qalır, amma Elman Fəttah, Səxavət Soltanlı və Valeh Hümmətoğlu düşür ortalığa”.


R. Manaflı qeyd edib ki, adıçəkilən şəxslərin, ümumiyyətlə, müsavatçılığa aidiyyəti yoxdur: “Onlar qaragüruh qüvvələrdir və son günlər aqressivləşiblər. Mübarizə məqsədə çatmaq üçün vasitələrdən biridir. Əvvəl ağıl işlədib hədəfi dəqiqləşdirirsən, sonra baş işlədib həmin hədəfə aparacaq strategiya müəyyənləşdirirsən və yola çıxırsan. Yolun hansısa hissəsini keçmək mübarizə tələb edirsə, mübarizə aparırsan. Amma bu insanlarınkı mübarizə deyil, heç satılmaq da deyil. Onlarınkı hikkədir və bu, kindən, hiddətdən, nifrətdən doğub. Bu, xəyanətə bərabər bir hikkədir”.


Müsavat Partiyasının adıçəkilən funksionerləri məsələyə ümumiyyətlə münasibət bildirmək istəmədiklərini açıqlayıblar.


Milli Şura üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkələrdə R. Manaflını müdafiə edib.


“Rafiq Manaflı çox dəqiq və obyektiv qiymətləndirmə aparıb. Rafiq bəy bu yazı ilə adamların siyasi cüzam xəstəliyinin diaqnozunu qoyub. İndi özləri bilərlər, istəsələr müalicə olunarlar, istəsələr də irinli qanın üfunətini yayaraq gəzib-dolaşarlar”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm