"Ukraynadakı situasiya Azərbaycanda da yaranmışdı" - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

"Ukraynadakı situasiya Azərbaycanda da yaranmışdı" - MÜSAHİBƏ

"Ukraynadakı situasiya Azərbaycanda da yaranmışdı" - MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramovun Publika.Az-a müsahibəsi:

-Yəqin ki, Ukraynada, o cümlədən Krımda baş verən hadisələri izləyirsiniz. Bəzi şəxslər Ukraynanın üzləşdiyi təhlükənin Azərbaycanda da təkrarlanması ehtimalının böyük olduğunu söyləyirlər. Bu məsələyə sizin münasibətiniz necədir?

-Bilirsiniz, təhlükə hər zaman var. Əgər biz 70 ildən çox bu imperiyanın tərkibində yaşamışıqsa və sonra oradan ayrılmışıqsa, bu o demək deyil ki, Azərbaycan tam təhlükəsiz bir məkanda yaşayırıq. Ümumiyyətlə, Rusiya tarixən böyük dövlət yaratmaq xəstəliyinə düçar olub. Bu, zaman-zaman da özünü göstərib. Bu gün də bu təhlükə bizim üçün gözləniləndir və bunu “Sovet şineli”ndən çıxan ölkələr yaxşı dərk edirlər. Artıq açıq-aşkar Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqı ölkələrini başqa adlar altında yenidən bir araya gətirmək istəyir. Putin Avrasiya və Gömrük ittifaqları kimi yeni ittifaq yaratmaq və keçmiş SSRİ-ni bərpa etmək istəyir. Çünki Rusiya hər zaman xarici təhlükələrə qarşı böyük dövlətçilik dəyənəyi ilə duruş gətirib. İndi Rusiya dünyada əsas gücə malik olmaq istəyir. Bütün ssenarilər isə Kremldə hazırlanır.

Krımda, Xarkov və Donetskdə də baş verənlər bir daha onu göstərdi ki, Ukraynada yaranan bu böhran zəncirvari şəkildə özünü göstərəcək. Çünki Ukrayna problemi Kremldən idarə olunur və bunun bütün detalları rus texnoloqları tərəfindən hazırlanır. Bunu ABŞ və Avropa İttifaqına daxil dövlətlər çox yaxşı bilirlər. Bütün bunlar qarşı Qərb də adekvat tədbirlər görür. Ancaq bu adekvat tədbirlərin zəif olması Qərbin də öz arasında probleminin olduğunu göstərir. Avropa artıq çox qocalıb və böyük maliyyə problemləri ilə üzləşir. İndi Avropanın Rusiyadan böyük asılılığı, iqtisadiyyatının isə Rusiya iqtisadiyyatına bağlılığı var. Bu bilirsiniz nəyə bənzəyir? Elə bil ki, meşədə çox təhlükəli bir heyvanı öldürmək istəyirsən, ancaq qiymətli dərisi olduğu üçün vurmursan ki, dərisi deşilməsin. Yəni, Qərb Rusiyanı tamamilə məhv etmək deyil, zəiflətmək istəyir. Ancaq bir fikrə gələ bilmədikləri üçün bu mümkün olmur. Bunu da Rusiya birinci və ikinci dünya müharibələrindən qazandığı təcrübə kimi çox gözəl bilir. Rusiya heç də zəif dövlət deyil. Rusiya güclü və atoma malik olan dövlətdir. Rusiya yeraltı və yerüstü sərvətlərlə zəngin olan ölkədir. Rusiyanın dünyaya istehsal etdiyi xammal Avropanın bütün iqtisadiyyatına cavab verir. Ona görə də baş verən son hadisələr çox profilli hadisələrdir. Ukraynadan danışan zaman hadisələrə professional yanaşmaq lazımdır. Siyasətdə müəyyən dəsti-xəttin olmalıdır. Burada baş verən proseslərə gün, saat qoymaq düzgün deyil. Biz Vanqa deyilik ki, öncəgörücülik edək. Dediyimiz sözlərə məsuliyyətli olmalıyıq.

-Parlamentdə çıxışınız zamanı fors-major vəziyyəti haqda danışdınız. Bununla, Ukrayna hadisələrin Qafqaza da təkrarlan biləciyinimi nəzərdə tuturdunuz?

-Hər bir ölkənin geosiyasi yeri var. Bu gün Azərbaycanı Ukrayna ilə eyniləşdirmək düzgün deyil. Kimsə deyirsə ki, ay sabah Azərbaycanda da meydan(Kiyevdəki Maydan hərəkatı-red.) yaranacaq və sairə. Bu, boş söhbətdir. Ukraynadakı situasiya Azərbaycanda da yaranmışdı .Azərbaycanın meydanı 90-cı illərdə yarandı və o dövrdə rəngli inqilab da baş verdi. O zaman da xalq öz liderini seçdi, onu bəlalardan xilas etdi. Azərbaycan hələ uzun illər dünyaya nümunə olacaq ölkə kimi çəkiləcək. Bu gün Azərbaycanın stabilliyini və sabitliyini istəməyən dövlətlər var. Azərbaycan Ukrayna deyil. Burada siyasətçilər çox böyük səhvə yol verirlər. Burada bizim üçün qorxulu məsələ Qarabağ məsələsinin düyünə düşməsi ola bilər. Burada digər qorxulu məsələ odur ki, Ermənistan rəhbərliyi və Kreml Krım hadisələrindən Qarabağ məsələsində president kimi istifadə edib təqdim edə bilər. Burada Azərbaycan üçün başqa qorxulu məsələ yoxdur. Ukraynada baş verən hadisələr Azərbaycanda təkrarlana bilməz. Ukrayna əhalisinin yaşayış səviyyəsi ilə Azərbaycan əhalisinin yaşayış səviyyəsi eyni deyil. Ancaq onu da deyim ki, bu gün heç heç nədən sığortalanmayıb. Bizim ölkəmiz sabit ölkədir, dövlət hadisələri izləyir, Azərbaycanın güc strukturları prosesləri nəzarət altında saxlayırlar. Mən heç zaman demərəm ki, sabah nə olacaq. Bunu heç kəs bilə bilməz.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm