Fransa sorğu şirkəti: Əhalinin 78,8 faizi Prezident İlham Əliyevdən tam razıdır
Bizi izləyin

Nida.az

Fransa sorğu şirkəti: Əhalinin 78,8 faizi Prezident İlham Əliyevdən tam razıdır

Fransanın “Opinionway” yenilikçi araşdırma şirkəti noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib.


Publika.az xəbər verir ki, sorğu ölkənin yetkinlik yaşına çatmış 1200 nəfər qeydiyyatlı əhalisi arasında aparılıb.


Sorğuda iştirak edən respondentlərin 58 faizi hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Bunun əksini deyənlərin sayı 22,9 faizdir. Respondentlərin 19,1 faizi isə suala cavab vermək istəməyiblər.


Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?” sualına respondentlərin 54,1 faizi “yaxşılaşır”, 28,2 faizi “dəyişmir”, 9,3 faizi “pisləşir” cavabını veriblər. Respondentlərin 8,4 faizi suala cavab verməyə çətinlik çəkib.


Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən siz nə qədər razısınız?” sualına respondentlərin cavabları belə olub:


1. Milli təhlükəsizliyin təmin olunması – 71,4 faiz “Çox razıyam”, 10,8 faiz – “Razı deyiləm”, 17,8 faiz – “Bilmirəm”.

2. Cinayətkarlıqla mübarizə - 68,4 faiz - “Çox razıyam”, 16,9 faiz – “Razı deyiləm”, 14,7 faiz – “Bilmirəm”.

3. İnsan haqlarının vəziyyəti - 69,8 faiz - “Çox razıyam”, 12,5 faiz – “Razı deyiləm”, 17,7 faiz – “Bilmirəm”.

4. Təhsilin səviyyəsi - 48,8 faiz - “Çox razıyam”, 41,3 faiz – “Razı deyiləm”, 9,9 faiz – “Bilmirəm”.

5. Korrupsiya ilə mübarizə - 71,2 faiz “Çox razıyam”, 18,1 faiz – “Razı deyiləm”, 10,7 faiz – “Bilmirəm”.

6. İş əldə etmək imkanları – 51.8 faiz “Çox razıyam”, 11,8 faiz – “Razı deyiləm”, 18,2 faiz – “Bilmirəm”.

Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız?” sualına respondentlərin 50,8 faizi “Çox razıyam”, 21,9 faizi – “qismən razıyam”, 14,7 faizi – “razı deyiləm”, 12,6 faizi isə “bilmirəm” cavablarını veriblər.


Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir?” sualını cavablandıran respondentlərin 78,8 faizi “Çox qane edir”, 11,8 faizi – “Qismən qane edir”, 5 faizi – “Qismən qane etmir”, 2,9 faizi – “qətiyyən qane etmir” cavablarını qeyd ediblər. 1,5 faiz respondent isə “bilmirəm” cavabı verib.


Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər “Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır?” sualına bu cavabları veriblər:

Dağlıq Qarabağ - 66,5 faiz,
İqtisadi – 30,8 faiz,
Təhsil - 23,3 faiz,
Ətraf mühit – 11,7 faiz,
İnsan haqları – 9,0 faiz,
Vergilərin çoxluğu – 8,5 faiz,
Milli təhlükəsizlik – 1,7 faiz,
Bilmirəm – 6,3 faiz.

1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası sizin üçün nə dərəcədə maraqlıdır?” sualına respondentlərin cavabları belə olub:

Çox maraqlıdır - 41,2 faiz,
Qismən maraqlıdır - 35,3 faiz,
Demək olar ki, maraqsızdır - 9,6 faiz,
Heç maraqlı deyil - 11,5 faiz,
Bilmirəm - 2,4 faiz.

Sorğuya qatılan respondentlərin 63 faizi 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 faizi – ola bilsin ki, iştirak edəcəklərini, 7,7 faizi ola bilsin ki, iştirak etməyəcəklərini, 9 faizii isə qətiyyən iştirak etməyəcəklərini bildiriblər. 8,3 faiz isə bu barədə hələ qərar vermədiyini bildirib.

Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir?” sualına 39,6 faiz tam qane edir, 33,8 faiz qismən qane edir, 10,8 faiz qismən qane etmir, 9,8 faiz qətiyyən qane etmir, 6 faiz isə bilmirəm cavablarını veriblər.

Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz?” sualını respondentlər aşağıdakı cavabları veriblər:

İqtidar və ya iqtidaryönümlü partiyanın namizədini - 71,7 faiz,
Müxalifət partiyasının namizədini - 6,0 faiz,
Bitərəf namizədi - 16,4 faiz,
Bilmirəm - 5,9 faiz.

Respondentlərin 71 faizi Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini, 22,3 faizi başqa bir deputatın seçilməsini istəyib. 6,7 faiz respondent isə suala cavab verməyə çətinlik çəkib.

Sizin əsas məlumat mənbəyiniz hansılardır?” sualına respondentlər aşağıdakı cavabları veriblər:

İqtidaryönlü qəzetlər – 31,1 faiz,
Müxalifətyönlü qəzetlər – 11 faiz,
Müstəqil qəzetlər - 28,4 faiz,
Azərbaycan Televiziyası (AzTV) - 41,0 faiz,
İctimai kanal - 38,3 faiz,
Özəl televiziya kanalları - 67,9 faiz,
Dövlət radio dalğaları - 17,4 faiz,
Özəl radiolar - 9,5 faiz,
İnternet - 35,8 faiz,
Müxtəlif insanlar - 24,4 faiz.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm