Fuad Ələsgərov bu təşkilatlarla əməkdaşlığı dayandırmağa çağırır - Siyahı
Bizi izləyin

Nida.az

Fuad Ələsgərov bu təşkilatlarla əməkdaşlığı dayandırmağa çağırır - Siyahı

Fuad Ələsgərov bu təşkilatlarla əməkdaşlığı dayandırmağa çağırır - Adlar

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Freedom House” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanla bağlı hazırladığı hesabatları şərh edib.

Publika.Az-ın məlumatına görə, PA-nın şöbə müdiri bu gün keçirilən YAP-ın beynəlxalq əlaqələr komissiyasının ilk iclasında çıxışı zamanı bildirib ki, sözügedən təşkilatların Azərbaycana qarşı münasibətləri qərəzlidir: “Onlar Azərbaycana qarşı ikili standartlara yol verirlər və yalan hesabatlar hazırlayırlar. "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır. İnanmıram ki, bu təşkilatlarla uğurlu əməkdaşlıq etmək mümkün olsun. Bu təşkilatlar Azərbaycandakı vəziyyəti qərəzli və yalan formada təqdim edirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm