YAP-ın beynəlxalq əlaqələr komissiyasının ilk iclası keçirilir - FOTOLAR
Bizi izləyin

Nida.az

YAP-ın beynəlxalq əlaqələr komissiyasının ilk iclası keçirilir - FOTOLAR

YAP-ın beynəlxalq əlaqələr komissiyasının ilk iclası keçirilir - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında hakim partiyanın beynəlxalq əlaqələr komissiyasının ilk iclası keçirilib.

Publika.Az-ın məlumatına görə, iclasda çıxış edən komissiyanın sədri Bahar Muradova deyib ki, komissiyanın gündəliyində əsas 3 məsələ dayanır: "Bunlar YAP Beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramının təsdiqi, komissiyanın 2014-cü il üçün tədbirlər planının təsdiqi və təşkilati məsələlərlə bağlıdır".

B.Muradova bildirib ki, hazırda komissiyanın 8 nəfər üzvü var, 4 nəfər isə ekspert qrupunda iştirak edir. O, daha sonra komissiyanın fəaliyyəti və iş planı haqqında ətraflı məlumat verib: "YAP yarandığı dövrdən etibarən beynəlxalq əməkdaşlığa önəm verir. Partiya müxtəlif ölkələrin siyasi partiyaları, ayrı-ayrı ictimai-siyasi təşkilatlarla ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığını inkişaf etdirir".

Daha sonra iclasda vurğulanıb ki, komissiyanın 2014- cü il iş planında bu ilin fevral ayında "Xocalıya ədalət" devizi altında Xocalı soyqırımının 22-ci ildönüm ilə bağlı tədbirin keçirilməsi, apreldə tanınmış politoloqların iştirakı ilə beynəlxalq aləmdə baş verən proseslərin təhlili-dəyirmi masanın təşkil edilməsi, mayda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq konfransın keçirilməsi, avqustda xarici ölkələrdə təhsil alan tələbələrin YAP-ın fəalları ilə görüşün keçirilməsi, sentyabrda "Azərbaycan inteqrasiya yolunda" mövzusu ətrafında YAP fəallarının Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə disputunun keçirilməsi və s. daxildir.

İclasın sonunda komissiyanın üzvü millət vəkili Asəf Hacıyev, Prezident Administrasiyasının (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digərləri çıxış edərək iş planında əks olunanlarla bağlı fikirlərini bölüşüblər. Daha sonra iclas KİV üçün qapalı formada davam etdirilib.

Qeyd edək ki, Publika.Az-ın əldə etdiyi məlumata görə, sözügedən iclasda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən xarici təşkilatlarla əməkdaşlıqla bağlı müvafiq qərar verilməsi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm