Seçkilərdə “exit-poll” keçirəcək təşkilatların adları açıqlandı
Bizi izləyin

Nida.az

Seçkilərdə “exit-poll” keçirəcək təşkilatların adları açıqlandı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan qurumların MSK-ya edilən müraciətlərinə baxılıb.

Çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, artıq Azərbaycanda bir neçə seçkidə “exit-poll” keçirilib. Onun sözlərinə görə, bununla bağlı ölkədə strukturlaşmış qurumlar var: “Müraciət edənlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdır. Müraciət edən təşkilatların kifayət qədər təcrübəsi var. Hər qurumun özünün hədləri var. Məsələn, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi 18 dairədə, 210 seçki məntəqəsində, ELS Müstəqil Araşdırmalar Mərkəzi isə 110 seçki dairəsinin 180 seçki məntəqəsi üzrə “exit-poll” keçirəcək”.

Müraciətlər səsverməyə çıxarılaraq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm