Fyodor Lukyanov: “Azərbaycanın rolu Yaxın Şərq siyasətində artır”
Bizi izləyin

Nida.az

Fyodor Lukyanov: “Azərbaycanın rolu Yaxın Şərq siyasətində artır”

“Cənubi Qafqazı bugünkü münaqişə ocağı olan Yaxın Şərqlə əlaqələndirirlər. Bunlar arasında əlaqə var. Xüsusilə İŞİD ekstremistləri Şərqdə olduğu kimi, postsovet ölkələrində də baş qaldırır”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Fyodor Lukyanov deyib.


Hazırda Cənubi Qafqazın mürəkkəb geosiyasi vəziyyətdə olduğunu diqqətə çatdıran politoloq qeyd edib ki, bölgənin təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya səy göstərir: “Lakin hələlik mən yaxın dövrlərdə münaqişənin həll yollarının tapılacağına inanmıram. Çalışmalıyıq ki, güc balansı pozulmasın və müharibə yenidən alovlanmasın. Buna görə də dialoqun saxlanılması vacibdir”.


F. Lukyanov əlavə edib ki, Yaxın Şərqdə ciddi münaqişə getdiyi bir vaxtda Cənubi Qafqazda sakitlik önəmlidir: “Nəzərə almalıyıq ki, hər iki region arasında müəyyən bağlantılar var. Xüsusilə İŞİD ekstremistlərinin fəaliyyəti baxımından”.


Rusiyanın Cənubi Qafqaz ölkələrinə xüsusi önəm verdiyini deyən politoloq bildirib ki, Azərbaycanın rolu istər regional, istərsə qlobal səviyyədə artır: “Azərbaycanın rolu Yaxın Şərq siyasətində artır. Artıq o faktdır ki, Suriyadakı hədəflərin Xəzər dənizindəki raketlərlə vurulmasından sonra Cənubi Qafqaz böyük siyasətin orbitinə sürətlə daxil oldu”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm