• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

YAP-dan Elnur Aslanovun işdən çıxarılmasına - MÜNASİBƏT

  • Nida.az
  • 17 Mart 2014 16:32
  • 3 713 Baxış
YAP-dan Elnur Aslanovun işdən çıxarılmasına - MÜNASİBƏT


“Elnur Aslanovun işdən azad olunması cənab Prezidentin səlahiyətinə daxil olan məsələdir. Buna hansısa partiya, təşkilat, ictimai birliyin münasibət bildirlməsi yersizdir”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Publika.Az -a açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən azad olunmasına münasibət bildirərkən deyib.

Elnur Aslanovun adının nurçuluqda hallanmasına gəldikdə S. Novruzov bu barədə heç nə deyə bilməyəcəyini bildirib.

“Cənab Prezident hər kəsi işə götürəndə də, işdən azad edəndə də sərəncamı özü verir və bu iş birbaşa onun səlahiyyətindədir”-deyə YAP rəsmisi qeyd edib.

E. Aslanovun YAP-dan çıxarılıb-çıxarılmayacağına gəlincə, S. Novruzov bunun gündəmdə olmadığını qeyd edib.
Qeyd edək ki, E. Aslanovun adı son günlər nurçuluqda hallanırdı.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR