Nida.az
Azər Kərimli seçicilərlə növbəti görüşlərini keçirdi - FOTO
112 saylı Qax seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.
Teleqraf.com-un xəbərinə görə,
deputatlığa namizəd oktyabrın 22-də rayonun Almalı və Qıpçaq ərazi
vahidlərində görüş keçirib. Almalı inzibati ərazi vahidində
keçirilən görüşdə Dəymədağlı, Şıxlar və Almalı kəndlərindən olan
seçicilər, Qıpçaq inzibati ərazi vahidində keçirilən görüşdə isə
Qaysarlı, Amanlı və Qıpçaq kəndlərinin sakinləri iştirak
ediblər.
Hər iki inzibati ərazi vahidində keçirilən görüş seçicilərin xüsusi
fəallığı ilə müşaiyət olunub.
Çıxış edənlər Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını,
onun seçicilərin problemlərinə hər zaman diqqətlə yanaşdığını, bu
səbəbdən də ona səs verəcəklərini bildiriblər. Millət vəkili kimi
fəaliyyətdə olduğu müddət ərzində daim seçicilərlə sıx ümsiyyətdə
olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan
sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas
istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları
maraqlandıran sualları cavablandırıb. Azər Kərimli, eyni zamanda
son 5 il ərzində Milli Məclisin Beynəlxalq Münasibətlər və
Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya
Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya
Assosiasiyasının sədri kimi gördüyü işlər barədə də seçicilərə
ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq
multikulturalizm konfransının, Qax rayonun və bütövlükdə
Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax
Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı
təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin
qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən,
Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta”
(İpək yolu) jurnalından söhbət açıb.
Deputatlığa namizəd qeyd edib ki, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu, Azərbaycan-İtaliya Assosiasiyası və “Via della Seta” jurnalı ölkəmizin sabit və davamlı inkişafı, tariximiz, mədəniyyətimiz və ənənələrimizin təbliği sahəsində yürüdülən dövlət siyasətinin dəstəklənməsi istiqamətində bir sıra uğurlu layihələrə imza atıb və bu proses bundan sonra da daha intensiv şəkildə davam etdiriləcək.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək