• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Hansısa cərəyanların jurnalisti dövlətə qarşı çevirmək cəhdləri olub” - Əli Həsənov

  • Nida.az
  • 17 Mart 2014 18:08
  • 1 208 Baxış
"Hansısa cərəyanların  jurnalisti dövlətə qarşı çevirmək cəhdləri olub” - Əli Həsənov

PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Prezideni yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı ilə bağlı jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bəzi məsələlərə toxunub.

Publika.Az xəbər verir ki, Azərbaycan dövlətinin, bütün jurnalistlərə hörmətlə yanaşdığını bildirən Əli Həsənov

deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara

qarşı çevirmək cəhdləri olub: “Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər.

Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib. Jurnalistlər yaradıcı insanların ən aktiv təbəqəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara olan qayğısını davam etdirir”.

O, deyib ki, Ümumilli liderimiz Heydər Əliyev jurnalist əməyini həmişə fərqləndirirdi. Azərbaycanda jurnalistikaya aidiyyatı olan iki şəxsiyyətin adını burada çəkmək istəyirəm:" Bunlardan biri Həsən bəy Zərdabiridir, ikincisi Heydər Əliyev. Birincisi, Azərbaycanda milli mətbuatı təsis edib, ikincisi milli mətbuat üzərindən bütün tənzimləmə və təsir mexanizmlərini yığışdırıb. 1998-ci il 6 avqustda Azərbaycanda sözün həqiqi mənasında azad sözün təməli qoyulub. Heydər Əliyev deyərdi ki, “jurnalist əməyi fədakarlıq tələb edən əməkdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistikaya münasibəti haqqında heç danışmağa dəyməz. Siz hər biriniz bilirsiniz ki, İlham Əliyev Prezident olandan sonra jurnalistlərə Heydər Əliyev münasibətini nəinki davam etdirdi, nəinki yaradıcı insanlara Azərbaycan dövlətinin, Prezidentinin qayğısını davam etdirdi, eyni zamanda inkişaf etdirdi".

O, buna nümunə kimi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncamlar, media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı imzalanan sərəncamlar, jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması üçün xüsus bina tikilməsi , hər il Azərbaycan mediasına birdəfəlik və çoxdəfəlik yardımların göstərilməsi, jurnalist müsabiqələrinin keçirilməsi və s. misal göstərib.

Qeyd edilib ki, bu müsabiqə jurnalistlər üçün təkcə yarış mühiti yaratmaq məqsədi daşımır, eyni zamanda jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən aksiyadır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR