• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

PA rəsmisi: “Azərbaycanda demokratik ab-havanın dəyişdirilməsini istəyən qüvvələr var” – FOTOLAR

  • Nida.az
  • 23 Oktyabr 2015 12:51
  • 459 Baxış
PA rəsmisi: “Azərbaycanda demokratik ab-havanın dəyişdirilməsini istəyən qüvvələr var” – FOTOLAR

Bu gün Bakıda Avropa Şurası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurası tərəfindən “Azərbaycanda İfadə Azadlığı və Media Azadlığı” layihəsi çərçivəsində “Seçkinin mediada işıqlandırılması” mövzusunda birgə seminar işə başlayıb.

Publika.az-ın məlumatına görə, seminar kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, demokratik beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi Azərbaycan Respublikasının Konistitusiyasında təsdiq olunmuş normadır. Onun sözlərinə görə, indiyədək keçirilmiş 15-ə yaxın seçkilərdə çox böyük təcrübə qazanılıb: “Azərbaycanda azad seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. Ölkəmizdə siyasi partiyaların, siyasi partiya bloklarının və ayrı-ayrı namizədlərin sərbəst şəkildə seçkilərdə iştirakı artıq mövcud təcrübədə oturuşmuş bir normaya çevrilib”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanda 1998-ci ildə senzura aradan qaldırılandan sonra medianın inkişafı ilə bağlı çox mühüm dövr başlayıb: “Azərbaycan mediası bu gün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bircə onu demək kifayətdir ki, “online” medianı götürsək, bu gün Azərbaycanda müxtəlif siyasi, iqtisadi, sosial, mədəni sahələri işıqlandıran 300-dən artıq fəal media mövcuddur. Azərbaycanda sosial şəbəkələrdən çox geniş istifadə olunur. Artıq sosial şəbəkə istifadəçilərinin sayı 2 milyonu ötüb. Təbii ki, belə bir mühitdə Azərbaycanda aktiv seçkilərin keçirilməsi, cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirakının təmin olunması üçün xüsusi səy göstərmək, xüsusi tədbirlər keçirməyə ehtiyac qalmır. Çünki dediyim kimi, artıq Azərbaycanda çox aktiv bir cəmiyyət formalaşıb.

Bir məsələni xüsusi qeyd eləmək istəyirəmm ki, artıq seçicilər də, namizədlərin bir-biləri haqqında dedikləri kompromatları ilə deyil, onların platformalarına daha çox diqqət yetirirlər. Bu da bütövlükdə onu təsdiq edir ki, Azərbaycanda artıq insanları hansısa neqativ emosiyalar, sivil cəmiyyətə xas olmayan xüsusiyyətlər yox, məhz demokratik cəmiyyətlərdə mövcud olan ab-hava daha çox maraqlandırır. Əlbəttə ki, bu ab-havanın dəyişdirilməsini istəyən müəyyən insanlar da, qüvvələr də var. Əminliklə deyə bilərəm ki, Azərbaycan cəmiyyətində onların səsi eşidilmir.

Bütün bu məsələlərdə, seçki prosesi barədə, hətta cəmiyyətdə baş verən proseslər barədə həm seçicilərə, həm namizədlərə, həm seçki prosesində iştirak edən insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu əvəzsizdir. Əsas şərt ondan ibarətdir ki, ilk olaraq media seçki prosesini tam bitərəf işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyat keçirsin. Geniş maarifləndirmə funksiyasına malik medianın seçki qanunvericiliyinin, seçki ilə bağlı məsələlərin təbliği sahəsində çox ciddi rol oynaya bilər. Hesab edirəm ki qarşıdan gələn seçkilərdə də medianın əsas vəzifəsi bütün prosesləri obyektiv şəkildə işıqlandırmaqdan ibarət olmalıdır.

Əsas məsələ kimi bütün namizədlərə, siyasi partiyalara, siyasi partiya bloklarına tam bərabər şəraitin yaradılmasından ibarətdir. Bunun üçün artıq MSK-da qeydiyyat proseduru da keçirilib, 40-dan artıq media orqanı həmin proseduru keçib, təşviqat prosesində iştirak etmək hüququ qazanıblar. Namizədlər tərəfindən internet media, sosial şəbəkələrdə çox geniş və aktiv şəkildə müzakirələr təşkil edilir, müxtəlif təbliğat üsullarından istifadə olunur”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR