Svetlana Əkbərova: “Peşəkar hüquqşünasların parlamentdə təmsil olunması xalqımız üçün vacibdir”
Bizi izləyin

Nida.az

Svetlana Əkbərova: “Peşəkar hüquqşünasların parlamentdə təmsil olunması xalqımız üçün vacibdir”

20 saylı ikinci Nərimanov seçki dairəsində müstəqil namizəd Svetlana Əkbərovanın Publika.az-a müsahibəsi


- Seçkilərə sayılı günlər qalıb. Sizin təbliğat-təşviqat kampaniyanız necə gedir?


- Təbliğat-təşviqat kampaniyasına start verilən gündən, yəni 9 oktyabrdan bu günə qədər 20 saylı Nərimanov ikinci seçki dairəsinə daxil olan 33 seçki məntəqəsi ərazisində yerləşən məhəllələrin və binaların əksəriyyətində olmuşam, seçicilərlə birbaşa görüşmüşəm, onların problemlərini və təkliflərini öyrənmişəm. Onlara özüm və platformam haqda məlumat vermişəm, həmçinin təbliğat-təşviqat materiallarımı təqdim etmişəm. Bu görüşlərimə oktyabrın 31-nə qədər davam etmək fikrindəyəm. Hesab edirəm ki, belə görüşlər mənim və seçicilərim üçün səmərəlidir. KİV-də və sosial şəbəkələrdə də seçki ilə bağlı məqalələr və müsahibələr vermişəm.


- Svetlana xanım, seçicilərinizə hansı vədlər verirsiniz?


- Hər bir seçicimin hüquqlarını qoruyacağıma, müdafiə edəcəyimə, seçicilərimə lazımi hüquqi yardım göstərəcəyimə və onların probemlərinin həlli üçün müvafiq təşkilatlara müraciət edəcəyimə söz verirəm.


- Millət vəkili seçildiyiniz təqdirdə hansı məsələlərə daha çox diqqət ayıracaqsınız?


- Ölkəmizin daha güclü hüquqi, demokratik dövlət olması üçün qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, ölkə vətəndaşlarının hüquqi maarifləndirilməsi və qanunlara riayət etməsi diqqət yetirəcəyim ən vacib məsələlərdən olacaq. Bununla yanaşı, platformamda qeyd edilən digər məsələlərə və əsasən seçicilərimin problemlərinə xüsusi diqqət ayıracağam.


- Sizcə, hansı peşə sahiblərinin təmsil olunması Milli Məclisin işinin səmərəliliyini artıracaq?


- Zənnimcə, parlamentdə bütün sahələrdən yüksək peşəkarlığa malik olan mütəxəssislər təmsil olunmalıdır. Bununla yanaşı, hesab edirəm ki, Vətənə, dövlətə sədaqətli, qanunlara hörmət edən peşəkar hüquqşünasların Milli Məclisdə təmsil olunması dövlətimiz və xalqımız üçün çox vacibdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm