Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul edib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, ölkəmizin dostu olan Akira Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Prezident İlham Əliyev nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Yaponiya şirkətlərinin ölkəmizdə uzun illər çox uğurla fəaliyyət göstərmələrinin, xüsusilə energetika sektoruna böyük sərmayələr yatırılmasının və eyni zamanda, Yaponiya kreditləri hesabına Azərbaycanda bir çox mühüm layihələrin icra olunmasının əhəmiyyətini vurğuladı.

İqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə nazir, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari Prezident İlham Əliyev ilə sonuncu dəfə 2006-cı ilin martında dövlətimizin başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırladı. O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğuladı, bütün bu nailiyyətləri Prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirdi. Yaponiya Baş nazirinin müavini, keçmiş Baş nazir Taro Asonun ölkəmizə səfərinə toxunan Akira Amari dedi: “Taro Aso Azərbaycana səfərindən sonra mənimlə görüşdü və Azərbaycanın nə qədər inkişaf etdiyini, Yaponiya ilə əlaqələrə nə qədər böyük önəm verdiyini bildirdi. Mən Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bir daha dərk etdim”.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın enerji, neft-kimya, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm