IV Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar Balkan ölkələrində görüşlər keçirilib
Bizi izləyin

Nida.az

IV Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar Balkan ölkələrində görüşlər keçirilib

Monteneqro Prezidenti Filip Vuyanovic, Xorvatiya Prezidenti Kolinda Kitaroviç 2016-cı ilin martında keçirilməsi planlaşdırılan 4-cü Qlobal Bakı Forumuna hazırlıq məqsədi Balkan ölkələrində səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində eyni zamanda Xorvatiyanın sabiq Prezidentləri Stepan Mesiç və İvo Yosipoviçlə də görüşlər keçirilib.

Görüşlərdə oktyabrın 9-10-da Bolqarıstan Respublikasında təşkil edilmiş Ali Səviyyəli Toplantının nəticələri müzakirə edilib. Bundan başqa, IV Qlobal Bakı Forumu və toplantıda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropanı və dünyanı narahat edən mövzuların müzakirə ediləcəyi qlobal bir platforma yaratmasının əhəmiyyəti vurğulanıb. Monteneqro və Xorvatiya Prezidentləri təşkilatın növbəti Ali Səviyyəli Toplantılarını öz ölkələrində keçirilməsini təklif edib.

Qeyd edək Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm