Nida.az
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana müşahidə missiyası göndərəcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcək.
Bu barədə Seçki-2015.az saytına açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, müşahidə missiyası 14 nəfərdən ibarətdir. Onun sözlərinə görə, missiya oktyabrın 28-də Azərbaycana gələcək. Səfər noyabrın 2-dək davam edəcək.
“Müşahidə missiyasının rəhbəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocamandır. Missiyaya Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ofisindən və Beynəlxalq Türk Akademiyasından nümayəndələr daxildir. Müşahidə missiyamız Bakıda və Gəncədə seçkilərin gedişini izləyəcək. Noyabrın 2-də missiyanın üzvləri seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib rəylərini açıqlayacaqlar”,- deyə R.Həsənov vurgulayıb.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi