Azər Kərimli ittihamlara faktlarla cavab verdi
Bizi izləyin

Nida.az

Azər Kərimli ittihamlara faktlarla cavab verdi

Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Deputatlığa namizəd bu gün rayonun Zərnə və Güllük kəndlərində seçicilərlə görüş keçirib. Sosial mediada və bəzi internet resurslarında “qara piar” kampaniyası aparan və əsassız ittihamlarla çıxış edən digər deputatlığa namizəd Əhməd Şahidovun anasının doğulduğu və ana qohumlarının yaşadığı Zərnə kəndində Azər Kərimli böyük coşqu ilə qarşılandı. Seçicilər indiyədək Zərnə kəndinə göstərdiyi diqqət və qayğıya görə Azər Kərimliyə minnətdarlıqlarını bildirdilər və ona səs verəcəklərini bəyan etdilər.

Azər Kərmilinin seçicilərlə növbəti görüşü Əhməd Şahidovun qoyumlarının yaşadığı başqa bir kənddə - Güllükdə keçirildi. Burada da seçicilər Azər Kərimlini alqışlarla qarşıladılar. Azər Kərimli seçicilərlə görüşdə bəzi deputatlığa namizədlərin ona qarşı apardıqları çirkli kampaniyaya konkret faktlarla cavab verdi.

Güllük kəndinin sakinləri Azər Kərimliyə onların problemlərinə hər zaman diqqətlə yanaşdığı və ona göstərilən etimadı doğrultduğu üçün minnətdarlıqlarını bildirdilər, seçkilərdə fəal iştirak edəcələrini və Azər Kərimliyə səs verəcəklərini dedilər.

Bu gün keçirdiyi bütün görüşlərdə ötən 5 il ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm