Müsavat Partiyası seçkidə iştirakını dayandırdı
Bizi izləyin

Nida.az

Müsavat Partiyası seçkidə iştirakını dayandırdı

Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 1-də keçiriləcək parlament seçkləri ilə bağlı mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, A.Hacılı deyib ki, Müsavat Partiyasının 73 seçki dairəsi üzrə namizəd irəli sürüb, bunlardan yalnız 25 seçki dairəsi üzrə namizəd qeydə alınıb: “Seçki prosesində xeyli təzyiqlərlə üz-üzə qaldıq. Biz buna baxmayaraq, fəaliyyətimizi davam etdirdik”.

Müsavat başqanı vurğulayıb ki, Azərbaycanda seçki ab-havası hiss olunmur: “Müsavat Partiyası seçkilərdə iştirak etməklə insanlarla təmasda olduq. Fikirlərimizi, mövqeyimizi ictimaiyyətin diqqətinə çatdırdıq. Müsavat Partiyası bundan sonra da siyasi proseslərin önündə olacaq”.

A.Hacılı bildirib ki, partiya Divanının bugünkü iclasında noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməklə bağlı qərar qəbul olunub: “Biz bundan sonra da mübarizəmizi davam etdirəcəyik. Seçkinin müşahidə edilməsində iş aparacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm