Mərkəzi Seçki Komissiyasında görüş
Bizi izləyin

Nida.az

Mərkəzi Seçki Komissiyasında görüş

Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Məzahir Pənahov Milli Məclisə seçkilər ərəfəsində parlamentarilərlə görüşdən məmnunluğunu bildirib. Komissiya sədri MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrindən söhbət açıb və beynəlxalq təcrübənin öyrənilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Luke Simpkins və Avstraliya parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar.

Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Sonra parlamentarilər Milli Məclisə seçkilərlə bağlı MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə əlaqədar son hazırlıq işləri ilə yaxından tanış olublar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm