Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar Qobustana gedəcək
Bizi izləyin

Nida.az

Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar Qobustana gedəcək

Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar Qobustana gedəcək

“Bu gün beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar proqrama uyğun olaraq Qobustana səfər edəcəklər”.Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində yazıb.

O, beynəlxalq təşkilatlarda işləyən həmvətənlilərimizin Novruz bayramı ərəfəsində toplanması çox əlamətdar hadisə olduğunu yazıb.

Qeyd edək ki, Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı dünən öz işinə başlayıb. Tədbirdə BMT sisteminə daxil olan təşkilatlar (BMTİP, BMTƏP, UNİCEF), Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edir.

Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkə inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədi ilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.

Toplantıya bu gün yekun vurulacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm