• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezidentlər bu ilin sonunadək görüşə bilər

  • Nida.az
  • 28 Oktyabr 2015 20:37
  • 213 Baxış
Prezidentlər bu ilin sonunadək görüşə bilər

"Biz həm prezident Əliyev, həm də prezident Sərkisyanla görüşdük. Hər ikisi görüşmək istədiyini bildirdi, ilin sonuna kimi görüşmək niyyətini ifadə etdi".

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlikin sözlərinə görə, hazırda görüşün təfərrüatları üzərində işləyirlər: "Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər. Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Biz həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməlidirlər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR