Nida.az
Müsavatçı deputat partiya qərarını rədd etdi: "Seşkilərdə iştirak edəcəm"
"Müsavat Partiyasının seçki ilə bağlı qərarına hörmətlə yanaşıram, lakin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəm".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının təşəbbüsü ilə 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İltizam Əkbərli deyib.
O bildirib ki, hazırda seçkiqabağı təşviqat kampaniyasını davam etdirir.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə "Report"a açıqlamasında bildirib ki, Müsavatın seçki ilə bağlı qərarına tabe olmayan partiyanın deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq və qərar veriləcək. "Müsavat Partiyası noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtina edib və deputatlığa namizədlərini geri çağırıb", - G.Aslanlı xatırladıb.
Müsavat Partiyasının Məclis üzvü, partiyanın təşəbbüsü ilə 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İkram İsrafil də seçki dairəsi ərazisində görüşlərini davam etdirir. Lakin o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO