Nida.az
Svetlana Əkbərova: “Seçicilərim sahibkarlığın inkişafında yeni səhifələr açan Prezidenti dəstəkləyir”
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Svetlana Əkbərovanın Publika.az-a müsahibəsi.
- Təbliğat-təşviqat kampaniyanız necə gedir?
- Təbliğat-təşviqat kampaniyamız uğurla davam edir. Yağışlı
havalara baxmayaraq, seçicilərimlə yaşadıqları ərazilərdə
görüşlərimi davam etdirirəm. Kampaniyamda seçdiyim bu yol çətindir,
lakin insan nəyəsə nail olmaq istəyirsə, əziyyət çəkməlidir.
Seçicilərim məni və fikirlərimi müsbət qarşılayırlar. Bu, mənim ən
böyük uğurumdur.
- Seçicilərinizi ən çox maraqlandıran nədir?
- Seçicilər cənab Prezidentimizin son günlərdə sahibkarların
hüquqlarının qorunması ilə bağlı addımlarını dəstəkləyir və bu
addımların onların ürəyincə olduğunu bildirirlər. Düşünürəm ki,
prezidentin sahibkarların hüquqlarının qorunması ilə bağlı qəbul
etdiyi son qərarlar sahibkarlığın inkişafında yeni bir mərhələ
açıb. Sahibkarlıq subyektlərində mövcud olan qanunsuz tələblər,
çoxsaylı yoxlamalar, sahibkarların fəaliyyətinə müdaxilələrin
dayandırılması korrupsiya hallarının aradan qaldırılmasına şərait
yaradıb. Əminəm ki, bu tədbirlər qısa zamanda öz müsbət nəticəsini
verəcək və Azərbaycanın ümumi inkişafına böyük töhfə olacaq.
- Avropa ittifaqı ilə Azərbaycan arasında münasibətlərin
səviyyəsinə sizin baxışınız necədir?
- Bildiyiniz kimi, Prezidentimizin xarici siyasətinin əsasını
ölkəmizin dünyaya inteqrasiyasının təmin edilməsi, ölkələr arasında
səmimiyyətə, bərabərliyə və dostluğa əsaslanan ikitərəfli və
çoxtərəfli münasibətlərin qurulması təşkil edir. Bu əlaqələrdə
ölkəmizin müstəqil siyasət aparması prinsipi daim əsas götürülüb.
Avropa İttifaqı ilə əlaqələrin dostluq və strateji tərəfdaşlıq
çərçivəsində olması dövlətimiz tərəfindən arzulansa da, Avropa
tərəfindən adekvat münasibət yoxdur. Avropa İttifaqının mütəmadi
ikili standartlar nümayiş etdirməsi, ölkəmizin Avropa İttifaqı ilə
münasibətlərinə maneə olur. Avropa İttifaqı ərazisində yaradılmış
bir çox regional təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyi
dövlətimiz və onun rəhbəri tərəfindən ən yüksək səviyyədə cavabını
alır.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında
və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti”
adlı məqaləsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin
aydınlaşdırılması və analiz edilməsi üçün dəyərli vəsaitdir. Bu
məqalədə Azərbaycana qarşı yürüdülən siyasət və ölkəmizin adekvat
siyasəti ətraflı şəkildə diqqətə çatdırılır. Hesab edirəm ki,
hörmətli Ramiz Mehdiyevin fikirləri Avropa İttifaqının və bu
ittifaqa üzv olan bəzi dövlətlərin, habelə bir çox strukturların
ölkəmizə qarşı siyasətinə ən tutarlı cavabdır. Avropa İttifaqı
Azərbaycana qarşı yürütdüyü qərəzli siyasətə son qoymalı və ikili
standartlardan əl çəkməlidir. Əgər Avropa İttifaqı özünü
demokratiyanın vətəni sayırsa, ölkəmizin müstəqil siyasət
yürütməsinə qarşı çıxmamalı və qərəzli münasibətlərdən əl
çəkməlidir. Fikrimi hörmətli Ramiz Mehdiyevin dəyərli sözləri ilə
bitirmək istəyirəm: “Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və
belə olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız
bərabərhüquqlu ola bilərik”.
Asif
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO