“Məsələ baş nazirin nəzarətindədir” – Siyavuş Novruzov
Bizi izləyin

Nida.az

“Məsələ baş nazirin nəzarətindədir” – Siyavuş Novruzov

“Məsələ baş nazirin nəzarətindədir” – Siyavuş Novruzov


“Bəzi rayon icra başçılarının özlərindən əvvəlki rəhbərlərin saldıqları parkları, apardıqları abadlıq işlərini söküb yenidən salması məsələni parlamentdə hökumətin qarşısında qaldırdım. Bu məsələ ayrı-ayrı struktur rəhbərləri, həmçinin cənab Baş nazirin diqqətindədir”.

Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az -a açıqlamasında bəzi icra başçılarının dövlətin vəsaiti göyə sovurması məsələsinə münasibət bildirərkən deyib.
Millət vəkili bu məsələni gündəmə gətirməyin tərəfdarı olmadığını bildirib: “Belə bir problem mövcuddur, müəyyən siqnallar var. Bu problemlərin aradan qaldırılmasına ehtiyac var. Məsələ lazım olan strukturlar qarşısında qaldırılıb və müvafiq ölçülər götürüləcək”.

S. Novruzov problemin konkret hansı rayonlarda olduğunu açıqlamayıb. Bildirib ki, məsələ hökumətin nəzarətindədir.

Qeyd edək ki, S. Novruzov Milli Məclisin son iclasında bildirib ki, yeni təyin olunan bir icra hakimiyyəti başçısı özündən əvvəlki başçının qurduğu parkları, xiyabanları söküb yenidən tikir (http://publika.az/p/10764): “Bu gün regionların sosial-iqtisadi inkişafı sürətlə inkişaf edir. Amma bu cür problemlərin olduğu da məlumdur. Parkı sökən icra başçısı dövlətin vəsaitini göyə sovurur. Əgər bacarırsan, daha yaxşısını tik, daha niyə əvvəlkini sökürsən. Özü də bu parklar iki qat bahasına başa gəlir. Bu da dövlət vəsaitinin mənimləsnilməsi ilə müşahidə olunur”.

Millət vəkili icra başçılarına “dövlətin qoyduğu vəsaiti göyə sovurmayın” deyə çağırış edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm