Nida.az
“Rusiya əleyhinə platforma genişləndiriləcək”- NATO toplantısından xəbər (Yeniləndi)
“Balkanlarda - keçmiş Yuqoslaviyanın dağılmasından sonra derin
siyasi böhran və etnik-milli zəmində hərbi toqquşmalar yaşayan
Bosniya Herseqovinada qarşıdakı 3 gün ərzinde NATO Parlament
Assambleyasının növbəti tədbiri keçirilir. Gündəlikdə əsasən bu
regionun təhlükəsiz gələcəyi ilə bağlı məsələlər müəyyənləşsə də
şübhə yoxdur ki, Rusiya əleyhinə platformanı burada da
genişləndirmək niyyətləri özünü göstərəcək”.
Bu barədə NATO PA-nın seminarında iştirak etmək üçün hazırda Bosniya Herseqovinada səfərdə olan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.Az-a açıqlamasında seminarla bağlı deyib. Onun sözlərinə görə, belə tribunalar heç vaxt bir məqsədi deyil, eyni zamanda beynəlxalq siyasi düzənin əsas probleminə yüklənməklə keçirilir: “Ona görə də gərgin diskussiyaların və siyasi fikir toqquşmalarının olacağına şübhəm yoxdur. Hazırki müzakirə panelinin spikeri Azərbaycan lehinə Bosniyada parlament qərarının keçməsində çox müsbət və tarixi rol oynayan Bozo Ljubiçdir. O əvvəllər qanunverici orqana rəhbərlik edən 3 şəxsdən biri olub”.
Z. Oruc qeyd edib ki, ölkəmizin dəqiq siyasi baxışları və NATO
ilə münasibətlərinin perspektivləri bizim əsas diqqətimizdə
olacaq.
Asif
12.09
Martın 18-dən 20-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarı keçiriləcək.
Milli Məclisdən Publika.Az -a verilən məlumata görə, tədbirdə
Milli Məclisin deputatı Zahid Oruc iştirak edəcək.
Seminarda Avropa İttifaqı və NATO-nun genişlənməsi, Bosniya və
Herseqovinada, eləcə də Kosovada və Serbiyada cari siyasi vəziyyət,
Cənub-Şərqi Avropada təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq,
sərhəd idarəçiliyi, müdafiə sahəsində idarəçilik və inteqrasiya
məsələlərinə baxılacaq.
Tədbirdə NATO və tərəfdaş ölkələrin deputatlarının, Bosniya və
Herseqovinanın yüksək səviyyəli rəsmi şəxslərinin, beynəlxalq
təşkilatların və QHT-lərin nümayəndələrinin iştirakı
gözlənilir.
Asif
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI