Aviqdor Liberman: Azərbaycan heç bir Qərb ölkəsindən geri qalmır
Bizi izləyin

Nida.az

Aviqdor Liberman: Azərbaycan heç bir Qərb ölkəsindən geri qalmır

"Azərbaycanda seçkiqabağı kampaniya zorakılıq, asayiş pozuntusu, çaxnaşma olmadan, tamamilə sakit keçir ki, bu da ölkədə inkişafın səviyyəsini, Azərbaycanın heç bir Qərb ölkəsindən geri qalmadığını göstərir".

Bu barədə Trend-ə eksklüziv müsahibəsində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn İsrail nümayəndə heyətinin rəhbəri, İsrailin keçmiş xarici işlər naziri, “İsrail - Bizim evimiz” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman bildirib.

Onun sözlərinə görə, seçkilərə hazırlıq fəal, işgüzar davam edir və seçkilər elə bu ab-havada da keçiriləcək.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkiləri müşahidədən imtina etməsinə gəlincə, A.Liberman deyib ki, bu gün beynəlxalq təşkilatlar obyektiv və ədalətli yanaşma etalonu deyil: "Mən ikili standartlara, tamamilə əsassız ittihamlara məruz qalan dövlətin nümayəndəsi kimi deyərdim ki, beynəlxalq təşkilatlar obyektiv, ədalətli, prinsipial yanaşma etalonu deyil. Təəssüf ki, beynəlxalq siyasətdə hər zaman heç bir mənəvi dəyərlərə əsaslanmayan münasibətlə qarşılaşırsan. Buna görə də qərəzli yanaşmanı bir qədər soyuqqanlı qəbul etmək lazımdır".

Onun sözlərinə görə, hazırda Qərbdə Azərbaycana qarşı belə mənfi münasibət daxili və xarici siyasi maraqlarla əlaqəlidir: "Hər şeydən əvvəl Qərbi Avropada baş qaldıran qaçqın problemi ilə məşğul olan Avropa İttifaqı sizin qonşularınızla "oyun oynamağa" cəhd edir. ABŞ isə ümumilikdə bütün problemlərə birtərəfli yanaşır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm