Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi regional status aldı
Bizi izləyin

Nida.az

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi regional status aldı

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında DGK-nın Kinoloji Mərkəzindən təşkilatın Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında komitənin Kinoloji Mərkəzindən ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

DGK bu sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÜGT-yə bildiriş göndərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm