Nida.az
MSK: Seçkiləri 503 beynəlxalq müşahidəçi izləyəcək
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, seçkilərə hazırlıq təqvim planına uyğun olaraq aparılıb: "Bütün işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib. Sabah 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb".
M.Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb: "Təqribən hər bir məntəqəyə 6 namizəd düşür. Dairələrdə ən çox 12, ən az 3 namizəd var. Seçicilər üçün geniş seçim imkanı var".
MSK sədri deyib ki, seçkilərdə 15 siyasi partiya birbaşa, 7 partiya isə "Azadlıq-2015" seçki bloku çərçivəsində iştirak edəcək: "Bu həm vətəndaşların, həm də siyasi partiyaların seçkilərə olan yüksək marağının göstəricisidir".
O vurğulayıb ki, 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb: "Seçkiləri internet vasitəsilə izləmək üçün hər cür şərait yaradılıb. Dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür".
M.Pənahov əlavə edib ki, müşahidəçilərin də sayı kifayət qədər çoxdur: "Ümumilikdə 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Təxminən hər bir məntəqəyə 11 nəfərdən çox müşahidəçi düşür. Müşahidəçilər üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb. Onlar üçün oturacaqlar quraşdırılıb. 40 beynəlxalq nüfuzlu təşkilatdan 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər dünyanın bir çox ölkələrini təmsil edirlər".
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI