MSK: Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq
Bizi izləyin

Nida.az

MSK: Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq

"Müsavat Partiyasının parlament seçkilərində iştirakı dayandırmaq barədə qərarı başqa məqsədə xidmət edən bir addımdır".

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, MSK Müsavat Partiyasının seçkilərdə iştirakı dayandırmaq barədə müraciətini müzakirə edib: “Seçki Məcəlləsində bunun həlli yoxdur. Heç kəs namizədin adını seçki bülletenindən çıxara bilməz. Biz dairə seçki komissiyalarına çatdırdıq ki, bu mümkün deyil. Bunu seçkiyə 10 gün qalmışa qədər etmək olardı. Hətta 10 gün qalmış da gecdir. 10 gündən gec isə ümumiyyətlə mümkün deyil. Buna heç kimin ixtiyarı yoxdur. Bu başqa məqsədə hesablanmış bir addımdır. Burada böyük bir elm yoxdur. Hamı bilir ki, bu, 10 gündən gec mümkün deyil. Bizdə belə təəssürat yarandı ki, bu başqa məqsədə xidmət edən bir addımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm