Nida.az
Məzahir Pənahov Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri
müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Mərkəzi Seçki
Komissiyasının sədri Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə
heyəti oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri
Məzahir Pənahovla görüşüb.
Publika.az Mərkəzi Seçki Komissiyasından
verilən məlumata görə, Rusiyalı həmkarı Vladmir Çurovu və rəhbərlik
etdiyi nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov
əlaqələri ilbəil genişlənməkdə olan iki ölkənin ali seçki qurumları
arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr eyni
zamanda vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı
təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin
inkişafında mühüm rol oynayır.
Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə
təşəkkürünü bildirən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri
Vladimir Çurov yenidən ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında
olmaqdan şad olduğunu bildirib. MSK sədri Məzahir Pənahov qeyd edib
ki, noyabrın 1-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə
seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər
cür şərait yaradılıb.
Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin
perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə
bağlı fikir mübadiləsi də aparılıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK