• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

TürkPA müşahidəçiləri Bakıda rəsmilərlə görüşlər keçiriblər

  • Nida.az
  • 1 Noyabr 2015 02:43
  • 265 Baxış
TürkPA müşahidəçiləri Bakıda rəsmilərlə görüşlər keçiriblər

Qazaxıstan Parlamenti Məclisinin üzvü və TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının sədri Serikjan Kanayevin rəhbərlik etdiyi müşahidə missiyası oktyabrın 30-da Azərbaycan xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüb.

Secki-2015.az saytının məlumatna görə, M. Məmmədquliyev Azərbaycanda seçkilərin Türk əməkdaşlığının parlament ölçüsü tərəfindən müşahidəsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini həmçinin Assambleyanın gələcək fəaliyyəti və layihələri haqqında fikir mübadiləsi aparıb və Türk əməkdaşlığı qurumlarının səmərəliliyinin gələcəkdə də artırılmasının vacibliyini qeyd edib.

Missiya üzvləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş keçiriblər. M. Pənahov parlament seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər barədə məlumat verib. Müşahidəçilər son maddi-texniki təkmilləşdirmələr, xüsusilə, seçki prosesinin onlayn sorğu anketinin işə salınması və əngəlli insanlar üçün səyyar seçki qutularının yaradılması haqqında məlumatlandırılıb.

Seçki günü səsvermə məntəqəsində seçki prosesi və mühitini müşahidə etmək məqsədilə müşahidə missiyası Bakının müxtəlif rayonlarında bir neçə seçki məntəqəsini ziyarət edəcək.

Noyabrın 2-də müşahidə missiyası parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR