Nida.az
TürkPA müşahidəçiləri Gəncədə seçki məntəqələrində olublar
Türkdilli dövlətlərin Parlament Assambleyasının (TürkPA)
müşahidəçiləri Ömər Kocamanın rəhbərliyi ilə Gəncəyə gəlib. Onlar 1
noyabr Milli Məclisə seçkilər günü Gəncədə müşahidəçilik
missiyasını yerinə yetirəcəklər.
Secki-2015.az saytının xəbərinə görə, qonaqları Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşılıyaraq, Şeyx Nizami
Yurdunda onları görməkdən məmnunluğunu bildirib.
Qeyd edib ki, Azərbaycanla türkdilli dövlətlər arasındakı dostluq,
əməkdaşlıq münasbətləri, gündən-günə genişlənən əlaqələr hər iki
ölkənin inkişafına uğur və töhvələr bəxş edir. İcra Hakimiyyətinin
başçısı vurğulayıb ki, dünyada çətin və mürəkkəb proseslərin
getdiyi bir zamanda, soy-kökü bir olan xalqlarımız arasında birlik
və həmrəylik olduqca vacibdir. Bu birlik hər birimizi gücləndirir.
Bizim tariximiz qədim, mədəniyyətmiz zəngindir.Biz bunu
qoruyub-saxlamalı və inkişaf etdirməliyik.
Nümayəndə heyətinin rəhbəri Ömər Kocaman onları qonaqpərvərliklə
qarşıladığına görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib və
Gəncəyə səfərin başlıca məqsədinin noyabrın 1-də Milli Məclisə
keçiriləcək seçkiləri müşahidə etməkdən ibarət olduğunu deyib. O,
bundan əvvəl - 2010-cu ildə keçirilmiş parlament, 2013-cü ildə isə
prezident seçkilərini izlədiklərini qeyd edərək bildirib ki, həmin
seçkilər yüksək fəallıq şəraitində keçib və noyabrın 1-də
keçiriləcək növbəti seçkilərin də azad və şəffaf keçəcəyinə
əmindir.
Gonaqlar Gəncədə seçkilərə hazırlığın vəziyyəti, 4 dairə, 107
məntəqənin fəaliyyət göstərdiyi, bütün namizədlərə bərabər
hüquqların verilməsi haqqında məlumatlandırılıblar. Seçkilərin
yüksək səviyyədə, demokratik və şəffaf şəkildə keçirilməsi üçün
bütün dairə və seçki məntəqələrində hər cür şəraitin yaradılması
diqqətə çatdırılıb.
Gorüşdən sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının
müşahidəçiləri hazırlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün
seçki məntəqələrində olublar.
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi