Azərbaycanda parlament seçkiləri başladı
Bizi izləyin

Nida.az

Azərbaycanda parlament seçkiləri başladı

Milli Məclisə seçkilərdə səsvermə başlayıb, saat 8-də prosesə start verilib.

Səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M.Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib. O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib. M. Pənahov 1000-dək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib. MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb.

Azerbaycanin dövlət himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Sexavet

Oxumağa davam et
Reklam
Reklam

Gündəm