AŞPA nümayəndəsi: “Seçki prosesinin təşkilində hər şey normaldır”
Bizi izləyin

Nida.az

AŞPA nümayəndəsi: “Seçki prosesinin təşkilində hər şey normaldır”

“Seçki prosesi yeni başlandığından fikir bildirmək hələ tezdir. Amma seçki prosesində aktivlik müşahidə edirik”.

Publika.az xəbər verir ki, bu sözləri 24 saylı Nizami birinci seçki dairəsinin13 saylı seçki məntəqəsində seçkiləri izləyən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndəsi Mickle Seames deyib.

“Mən ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə edirəm. Həmin seçkidən bu günə qədər xeyli dəyişiklik baş verib. Seçki prosesinin təşkilində hər şey normaldır. Bu saata qədər 3 məntəqədə müşahidə aparmışıq, hər hansı pozuntu qeydə alınmayıb", - AŞPA-nın nümayəndəsi deyib.

AŞPA-nın məntəqədəki digər müşahidəçi Aqustin Conde ikinci dəfədir Azərbaycanda keçirilən seçkidə müşahidəçi olduğunu deyib. O, bu saata qədər apardığı müşahidələrə əsasən hər şeyin qaydasında olduğunu bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm