“Daşınan qutu ilə onun səsvermə hüququnu təmin edəcəyik” – FOTOLAR
Bizi izləyin

Nida.az

“Daşınan qutu ilə onun səsvermə hüququnu təmin edəcəyik” – FOTOLAR

“Bizim məntəqədə ümumilikdə 1352 seçici var”.

Publika.az-ın məlumatına görə, bu sözləri Nərimanov 20 saylı DSK-nın 17 saylı məntəqəsinin sədri Dilavər Quliyev deyib.

Onun sözlərinə görə, adətən, səhər saatlarında seçicilərin fəallığı aşağı olur: “Amma ümid edirik ki, seçicilərimiz öz hüquqlarından istifadə edərək seçkilərə fəal şəkildə qatılacaqlar. Onu da qeyd edim ki, 1 nəfər ahıllığı ilə əlaqədar gələ bilməyəcəyini telefon vasitəsilə deyib. Biz onun müraciətinin əsaslı olduğunu hesab edərək daşınan qutu ilə səsvermə hüququnu təmin edəcəyik”.

Qeyd edək ki, bu məntəqədə "ELS Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy" Monitorinq Mərkəzi tərəfindən “exit-poll” keçirilir.

Bəxtiyar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm