• USD 1,7220 +0,11% EUR 1,8623 -0,37%
    • GBP 2,1371 -1,16% RUB 0,0302 -0,33%

Məntəqə sədri: “Seçkilərə xüsusi maraq var”

  • Nida.az
  • 1 Noyabr 2015 12:02
  • 299 Baxış
Məntəqə sədri: “Seçkilərə xüsusi maraq var”

“Bu gün ölkəmizdə keçirilən seçkilərə xüsusi maraq var. Bunu seçicilərin məntəqələrə kütləvi axını da sübut edir”.

Bunu Publika.az-a 30 saylı Suraxanı I seçki dairəsinin 13 saylı seçki məntəqəsinin sədri Ələmdar Nəsirov bildirib.

O qeyd edib ki, bu saata qədər olan seçici aktivliyi onu göstərir ki, vətəndaşlar öz iradələrini nümayiş etdirərək dəstəklədikləri namizədlərə səs verirlər. Bu məntəqə üzrə 1034 seçici var. Saat 10:00-a qədər onlardan 80 nəfər səs verib. Saat 11-də bu rəqəm 100-ü keçib.

Seçici aktivliyi 30 saylı Suraxanı I seçki dairəsinin 9 saylı seçki məntəqəsində də müşahidə olunur. Məntəqə komissiyasının sədri Şərəbanı Yusifzadə əməkdaşımıza bildirib ki, məntəqə üzrə 1376 seçici var. Onlardan 11 seçici birinci dəfədir səs verir. Saat 11:00-a qədər 150-yə yaxın seçici səs verib.

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR