• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məntəqə sədri: “Xarici müşahidəçilər seçki prosesini müsbət dəyərləndirirlər” - FOTOLAR

  • Nida.az
  • 1 Noyabr 2015 12:24
  • 261 Baxış
Məntəqə sədri: “Xarici müşahidəçilər seçki prosesini müsbət dəyərləndirirlər” - FOTOLAR

“Seçicilərimiz səhər saatlarından çox fəaldır. Məntəqədə seçicilərin sayı 1243 nəfərdir, artıq 250-dən çox seçici səsvermədə iştirak edib”.

Publika.az xəbər verir ki, bu barədə Nizami rayonu 24 saylı Dairə Seçki Komissiyasının 11 saylı seçki məntəqəsinin sədri Mətanət Cabbarlı deyib.

"Məntəqə açılan kimi ilk seçicilərimiz gəldi. Yeddinci dəfədir seçkilərdə iştirak edirəm. İldən-ilə seçicilərdə aktivlik daha da artır. Dörd xarici müşahidəçi qeydiyyatdan keçib. Qazaxıstan və ABŞ-dan olan müşahidəçilər ilk yarım saatda məntəqədə oldular. Onlar da prosesi müsbət dəyərləndirdilər. Bundan başqa, səkkiz yerli müşahidəçi qeydiyyatdan keçib. Onlar da prosesi müşahidə edir", - deyə məntəqə sədri əlavə edib.

Ana Vətən Partiyasından müşahidəçi Təranə Budaqova da prosesin şəffaf keçdiyini və seçicilərin aktiv olduğunu deyib: "Prosesin veb-kamera vasitəsilə izlənməsi müsbət haldır. Bu cür şəraitdə heç bir pozuntu ola bilməz".

Seçici Yusif Gülməmmədov prosesin təşkil olunmasında ildən-ilə daha şəffaf mühit müşahidə etdiyini deyib: "Əvvəllər özüm də məntəqə sədri olmuşam. O zaman yoxlama bəzən ötəri olurdu. İndi hər şeyə daha diqqətlə yanaşırlar".

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR