1 saylı Şərur-Sədərək seçki dairəsi seçici fəallığına görə liderlik edir
Bizi izləyin

Nida.az

1 saylı Şərur-Sədərək seçki dairəsi seçici fəallığına görə liderlik edir

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin rəhbəri Rüfət Gülməmmədov ölkə üzrə ən fəal və ən passiv seçici fəallığı qeydə alınan seçki dairələrinin adlarını açıqlayıb.

Publika.az-ın məlumatına görə, R.Gülməmmədov bildirib ki, ən fəal seçki dairəsi 1 saylı Şərur-Sədərək seçki dairəsidir ki, bu dairə üzrə 18 min 180 nəfər seçici səsvermə hüququndan istifadə edib.

Bu da həmin dairədə qeydiyyatda olan seçicilərin ümumi sayının 47,3 faizi deməkdir. Ən passiv seçki dairəsi 47 saylı Mingəçevir seçki dairəsidir ki, bu dairə ərazisində iki saat ərzində cəmi 18,1 faiz seçici səs verib.

R.Gülməmmədov həmçinin əlavə edib ki, bundan başqa Naxçıvanda seçici fəallığı 41,1 faiz, Bakıda 26,4 faiz, digər regionlar isə 27,9 faiz təşkil edir: “Ümumilikdə, ölkə üzrə seçici fəallığı 28,2 faiz təşkil edir”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm