Məntəqə sədri: “Səsvermə zamanı xoşagəlməz hal müşahidə edilməyib”
Bizi izləyin

Nida.az

Məntəqə sədri: “Səsvermə zamanı xoşagəlməz hal müşahidə edilməyib”

30 saylı Suraxanı I seçki dairəsində seçici fəallığı müşahidə olunur. Vətəndaşlar səsvermədə fəal iştirak edirlər. Bunu seçki dairəsinin ayrı-ayrı məntəqələrində müşahidə etdiyimiz aktivlik də sübut edir.

30 saylı Suraxanı I seçki dairəsinin 8 saylı məntəqəsinin sədri Təranə Bəxtiyarova Publika.az-a bildirdi ki, səhər saat 8:00-dan etibarən vətəndaşlar məntəqəyə üz tutaraq dəstəklədikləri namizədlərə səs verirlər.

30 saylı Suraxanı I seçki dairəsinin 10 saylı seçki məntəqəsində də yüksək fəallıq müşahidə edilir. Məntəqədən əməkdaşımıza bildirilib ki, məntəqədə 1157 seçici var. Vətəndaşlar seçkidə fəal iştirak edirlər.

Suraxanı sakinlərinin seçkiyə marağını 30 saylı I seçki dairəsinin 16 saylı məntəqəsindəki aktivlik də sübut edir. 16 saylı seçki məntəqə sədri Dilarə Dadaşova əməkdaşımıza bildirib ki, məntəqə üzrə 1489 seçici var. Hazırda səsvermə davam edir və heç bir xoşagəlməz hal qeydə alınmayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm