• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Alqış Həsənoğlu hansı vəzifəyə gətirilir? - CAVAB

  • Nida.az
  • 18 Mart 2014 13:33
  • 1 227 Baxış
Alqış Həsənoğlu hansı vəzifəyə gətirilir? - CAVAB

“Mən Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılmamışam, hazırda da YAP-ın üzvüyəm. Ancaq YAP-ın tədbirlərinə dəvət olunmuram”. Bunu Publika.Az-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş millət vəkili Alqış Həsənoğlu bildirib.

Sabiq deputat YAP-ın tədbirləri barədə KİV-dən xəbər tutduğunu söyləyib: “Ancaq indi mənə vəzifə verilmə ehtimalı da yoxdur. Bu barədə heç danışmaq da istəmirəm”

Ötən gün dövlət başçısı İlham Əliyevin Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun tutduğu vəzifədən azad olunması haqqında imzaladığı sərəncama da toxunan A.Həsənoğlu deyib: “Mən sizə bir söz deyim. Mərhum Heydər Əliyev bütün sahələrdə örnək olası bir adam idi. Ancaq mənim yadıma gəlmir ki, Heydər Əliyev oğlu İlham Əliyev haqqında pafoslu və təmtəraqlı sözlər işlətsin, desin ki, mənim oğlum böyük siyasətçidir və sairə. Heydər Əliyev İlham Əliyev haqqında bir dəfə danışıb, o da 2003-cü ildə seçkidən öncə Azərbaycan xalqına müraciət zamanı idi. O zaman Heydər Əliyev dedi ki, İlham Əliyev praqmatik və dünya görüşlü, iqtisadiyyatı bilən şəxsdir və mən ona özüm qədər inanıram. Heydər Əliyev oğlu İlham Əliyev haqqında bundan başqa heç bir söz söyləməyib. Allaha şükür ki, sonradan İlham Əliyev də sübut etdi ki, camaat Heydər Əliyevə inandığı kimi, İlham Əliyevə də çox inanır. Prezident İlham Əliyev bu etimadı sonrakı fəaliyyətində təsdiqlədi. Ancaq birdən-birə bir qadın durub deyir ki, mənim oğlum çox böyük siyasətçidir. Doğrusu, mən bu cür əndazəsiz ölçü-biçi görməmişdim”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR