Seçici fəallığı: 14 saylı Xəzər ikinci seçki dairəsi liderdir
Bizi izləyin

Nida.az

Seçici fəallığı: 14 saylı Xəzər ikinci seçki dairəsi liderdir

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə keçirilən deputat seçkiləri ilə əlaqədar saat 17:00-a olan nəticələri açıqlayıb.

Publika.az-ın məlumatına görə, R.Gülməmmədov bildirib ki, ən fəal seçki dairəsi 14 saylı Xəzər ikinci seçki dairəsidir ki, bu dairə üzrə 38 min 142 nəfər seçici səsvermə hüququndan istifadə edib. Bu da həmin dairədə qeydiyyatda olan seçicilərin ümumi sayının 78,8 faizi deməkdir.

Ən passiv seçki dairəsi 31 saylı Suraxanı ikinci seçki dairəsidir. Bu dairə ərazisində cəmi 12 min 458 seçici səs verib ki, bu da seçicilərin ümumi sayının 31,9 faizi deməkdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm