Nida.az
100 yaşlı nənə səsvermədə iştirak edib - FOTO
“Seçkilər” Media Mərkəzi - Xaçmaz rayonunda 100 yaşlı seçici səsvermədə iştirak edib. 1915-ci il təvəllüdlü, Xaçmazın Mehrəliqışlaq kənd sakini Mələk Məlikova Qaraoğlan qızı səs verib. Secki-2015.az saytı xəbər verir ki, M.Məlikova sağlamlıq probleminə görə, ərizə ilə məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.
55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsinin üzvləri müşahidəçilərlə birgə daşınan seçki qutusunu onun yaşadığı ünvana apararaq səsvermə hüququnu təmin ediblər.
Qeyd olunub ki, 55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsində daha 10 nəfər müxtəlif səbəblərdən seçki məntəqəsinə gələ bilmədiyi üçün daşınan seçki qutusu ilə bağlı müraciət ediblər. Həmin şəxslərin də müraciətləri təmin olunub.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB