• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Jurnalistlərin seçki prosesini işıqlandırmasında pozuntu qeydə alınmayıb

  • Nida.az
  • 1 Noyabr 2015 17:58
  • 230 Baxış
Jurnalistlərin seçki prosesini işıqlandırmasında pozuntu qeydə alınmayıb

Saat 14.00-dan 17.00-dək olan müddətdə parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə müraciət daxil olmayıb.

Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Şuranın monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

MŞ-nin parlament seçkiləri ilə bağlı yaradılmış monitorinq qrupu paytaxtda və ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində seçkinin gedişini izləməkdədirlər. Monitorinq qrupunun tərkibinə həmçinin Şuranın sıralarında təmsil olunan bölgə kütləvi informasiya vasitələrinin əməkdaşları da daxildir.

Şuranın (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq saat 19.00-dək «qaynar xətt» rejimində fəaliyyət göstərəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR